“İşdən öz ərizəsiylə çıxan şəxs sığorta ala bilməz”

“İşdən öz ərizəsiylə çıxan şəxs sığorta ala bilməz”
Oxunma sayı: 2188

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə işsizlikdən sığorta haqqı almaq məsələsinə toxunub.  

“Qafqazinfo” xəbər verir ki, nazir qeyd edib ki, vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır: “Vətəndaş istəyindən və iradəsindən kənar işsiz qalmalıdır. Bu, sığortanın ümumi prinsipidir. Vətəndaş əgər ixtisara düşərək və digər şərtlərlə işdən azad olunursa, o, müvafiq məşğulluq orqanında qeydiyyata durmaqla işsizlikdən sığorta haqqı ala bilər”.

Nazir bildirib ki, işsiz qalan şəxsə 6 aylıq işsizlikdən sığorta haqqı təyin olunur: “Bu rəqəm 3 ay da artırıla bilər. Sığorta ödənişinin orta məbləği 300 manatın üzərindədir. Əsas problem ondan ibarətdir ki, bir çox hallarda işdən çıxan şəxs öz ərizəsi ilə işdən ayrılır, yaxud işsiz statusu almaq üçün məşğulluq mərkəzlərində qeydiyyata düşmür. Bu gün məşğulluq mərkəzlərində cəmi 201 min insan qeydiyyata durub ki, bunun da yalnız 70 mini işsiz şəxs statusundadır. Yerdə qalanı isə iş axtaran şəxs statusundadır”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi