İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə

ise-qebul-olmaq-isteyen-muellimlerin-nezerine-
Oxunma sayı: 1146


2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu avqustun 29-u saat 18.00-da başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcək.