İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə!

ise-qebul-olmaq-isteyen-muellimlerin-nezerine
Oxunma sayı: 1146


“Qafqazinfo” Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, namizədlər “Şəxsi səhifə”yə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər.

Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaq. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcək.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə sentyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 (“İçərişəhər” metrosunun yaxınlığı) müsahibə keçiriləcək.