İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) prezidenti Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinin (BANM) yeni açılmış kampusunun qonağı oldu. Görüşdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.
"Qafqazinfo" xəbər verir ki, ISESCO-nun baş direktoru Ali Məktəbin kampusunda yaradılan şəraitlə tanış oldu. BANM-in şəhərciyi haqqında qonağa ətraflı məlumat verən Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, şəhərcik ən müasir və yüksək tələblərə cavab verir.
Rektor vurğulayıb ki, BANM tədrisin keyfiyyətini yüksəltmək və mütəxəssis hazırlığı sahəsində beynəlxalq əlaqələrinin genişləndirilməsinə böyük önəm verir.
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri qeyd edib ki, BANM Azərbaycanın ən yaxşı professor və alim heyətinə malik olduğuna görə fəxr edə bilər: “Biz İslam Dünyası Universitetləri Federasiyasının neft sektoruna həsr olunmuş növbəti beynəlxalq konfransını Ali Məktəbin yeni kampusunda keçirəcəyimizə dair rektor Elmar Qasımovla razılığa gəldik. İslam ölkələrini təmsil edən tələbələrə BANM-də tədrisə cəlb olunmaları üçün dəstək göstərəciyik".
Son xəbərlər
Son Xəbərlər