İsfar Sarabski ilə görüş - Fotolar

isfar-sarabski-ile-gorus
Oxunma sayı: 1374

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Klassik musiqi həvəskarları klubunun yeni ildə ilk tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, əməkdar artist İsfar Sarabski muzeydə caz musiqisi həvəskarlarının görüşünə gəlib.

Görüş İsfar Sarabskinin yaradıcılıq yolunu əks etdirən slayd şou ilə başladı və muzeyin foyesinin gənc pianoçunun uğurlu yaradıcılıq yolunu əks etdirən fotosərgi də qonaqlar tərəfindən maraqla qarşılanıb.

Görüşü açıq elan edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova tədbir iştirakçılarını salamlayaraq yeni ildə ilk görüşdən məmnunluğunu ifadə edib.

Daha sonra söz qonağa verilib. İsfar Sarabski görüşdə iştirak edən hər kəsi salamlayaraq sənətinə olan diqqətə görə minnətdarlığını bildirib.