İşğaldan azad edilmiş ərazilərdə neçə seçki məntəqəsi olacaq?

isgaldan-azad-edilmis-erazilerde-nece-secki-menteqesi-olacaq
Oxunma sayı: 1352

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılacaq.

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov məlumat verib.

Azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması təklif olunub və səsverməyə çıxarılaraq qəbul edilib.

Parlament seçkilərində ümumilikdə 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Gülnar Əliyeva