İşğaldan azad edilmiş ərazilərin bərpasında İran şirkətləri də fəaliyyət göstərəcək

isgaldan-azad-edilmis-erazilerin-berpasinda-iran-sirketleri-de-fealiyyet-gosterecek
Oxunma sayı: 1614

İşğaldan azad edilmiş ərazilərin bərpasında İran şirkətləri də fəaliyyət göstərəcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının 15-ci iclasında Baş nazirin müavini Şahin Mustafayev deyib.

O bildirib ki, şirkətlər yaradılan sənaye parkları və “Araz Vadisi İqtisadi Zonası”nda fəaliyyətə başlayacaqlar.

“Pandemiya şəraitinin olmasına baxmayaraq, Azərbaycan və İran arasında avtomobil daşımaları üzrə yük həcmi 70 faiz artıb”, - deyə Şahin Mustafayev qeyd edib.