İşğaldan azad olunan ərazilərdə qaz çəkilişi ilə bağlı layihə hazırlanır - Foto

isgaldan-azad-olunan-erazilerde-qaz-cekilisi-ile-bagli-layihe-hazirlanir
Oxunma sayı: 1846

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. “Qafqazinfo” xəbər verir ki, artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib. İlk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir.

O cümlədən, qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir. Bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyi bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.

““Azəriqaz” İB işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə “Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdır”, - deyə qurumun açıqlamasında vurğulanıb.

Daha ətraflı video materialı bu ünvanda izləyə bilərsiz:

https://www.facebook.com/1689434251369212/posts/2644814902497804/