İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər artırılır.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində qeyd olunub.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərcləri təsdiq olunmuş 7788,0 milyon manata qarşı 9902,7 milyon manat və ya 2114,7 milyon manat (27,2 faiz) artırılır.