Azərbaycanın Türkiyədəki səfirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, sərginin rəsmi açılış mərasimini həyata keçirən Türkiyə Böyük Millət Məclisinin sədr müavini və Milliyətçi Hərəkət Partiyasının millət vəkili Meral Akşənər və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar sərginin xatirə kitabında Azərbaycan xalqına həmrəyliyini nümayiş etdirən ürək sözlərini yazıblar.
Sərgidə Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan əvvəl və işğaldan sonra bölgədəki vəziyyəti əks etdirən foto stentlər qurulub, digər əyani vəsaitlər sərgilənib, iştirakçılara Azərbaycan həqiqətlərinə dair kitab və jurnallar paylanılıb.
Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olan, işğalçı tərəfin işgəncələrini və digər məşəqqətlər yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş etdirilib.
Sərgi 1 mart tarixinə qədər davam edəcək.
Son xəbərlər
Son Xəbərlər