“İsgəndər Cavadov inadkar idi” - Truxan

isgender-cavadov-inadkar-idi
Oxunma sayı: 660

““Neftçi”də belə hücumçu vardı - İsgəndər Cavadov. İnadkar oğlan idi”. “Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Minsk "Dinamo"sunun futbolçusu Yuri Truxan bildirib. 

Paytaxt təmsilçisinin heyətində SSRİ çempionatının qalibi, gümüş medalçısı olan keçmiş mərkəz müdafiəçisi “Neftçi” ilə qarşılaşma rəqibi olmuş İsgəndər Cavadovu xatırlayıb: 

“Yadımdadı, Bakıda oynayırdıq. Qapıçımız tou artıq bağlamışdı, ancaq Cavadov ona bilərəkdən butsusunun "şipləri" ilə zərbə vurdu. Bunu diqqətdən kənarda qoymaq? Yox, bu, mənim xarakterimdə deyil, Hakim görmədiyini andan sitifadə edərək Cavadova elə zərbə vurdum ki, bunu uzun müddət yadda saxlayacaq. Hücumçu oyunu gözünün altı qaralmış şəkildə bitirdi.

Düzdür, sonradan videoyazıya baxaraq məni Moskvaya çağıraraq Nizam-İntizam Komitəsinin qərarı ilə 5 oyunluq cəzalandırdılar. Qoy, belə olsun, ancaq rəqibin meydanda belə hərəkətinin qarşısında geri çəkilmək olmaz. Əks halda, sənə hörmət etməyəcəklər”.