“İsgəndər M”in yaradıcısı vəfat etdi

isgender-min-yaradicisi-vefat-etdi
Oxunma sayı: 4013

“İsgəndər-M” zenit raket kompleksinin yaradıcısı Oleq Mamalıqa 91 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə komplekslərin istehsalçısı olan “Yüksək Dəqiqlikli Komplekslər” (“High-Precision Complexes”) holdinqi məlumat yayıb. 

Qeyd edək ki, Mamalıqa 1933-cü il aprelin 4-də hərbçi ailəsində anadan olub. Məktəbi qızıl medalla bitirdikdən sonra raket mühəndisi olmaq üçün Leninqrad Hərbi Mexanika İnstitutuna daxil olub. 1957-ci ildə Kolomnadakı Xüsusi Konstruktor Bürosuna baş konstruktor təyin edilib.

Onun ilk layihəsi 1960-cı ildə istifadəyə verilən “Şmel” tank əleyhinə idarə olunan raket olub.