İŞİD Dəməşqdə 100 nəfəri girov götürüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD qruplaşmasının silahlıları Dəməşq şəhərindən 35 kilometr şimal-şərqdə yerləşən Dumayr şəhərinə hücum edib və yerli sement zavodunun fəhlələrini girov götürüblər. Hazırda yaraqlılar müəssisənin ərazisini tərk ediblər və girovları naməlum istiqamətə aparıblar.
Qeyd edək ki, təxminən iki il yarım əvvəl İŞİD yaraqlıları digər müəssisələrdə işçilərə hücum etmişdi. Nəticədə onlarla adam həlak olmuşdu.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər