İŞİD 13 polisi öldürdü

isid-13-polisi-oldurdu
Oxunma sayı: 1793

İŞİD Misirin Sina əyalətinə hücum edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir Daxili İşlər Nazirliyi məlumat yayıb.

İŞİD Es-Səfa bölgəsindəki nəzarət nöqtəsinə top və silahlarla atəş açıb, qarşıdurma meydana gəlib.

Sina Təhlükəsizlik Müdirliyi açıqlamasında hücumda 13 polisin öldüyünü, 2 polisin yaralandığını bildirib.

Hücumu İŞİD terror qruplaşması öz üzərinə götürüb.