İŞİD 5 jurnalistin başlarını kəsib

isid-5-jurnalistin-baslarini-kesib
Oxunma sayı: 935


“Qafqazinfo”nun AzadlıqRadiosuna istinadən məlumatına görə, Liviya televiziyasının əməkdaşları ötən avqustdan bəri itkin sayılırdılar. Jurnalistlər Benqaziyə gedərkən yoxa çıxıblar. Onların yolu islamçıların nəzarətində olan Derna məntəqəsindən keçməli idi.

Jurnalistlərin cəsədləri Bayda şəhəri yaxınlığında, Yaşıl Dağ meşə massivində aşkar edilib.

4-ü liviyalı, biri misirli olan jurnalistlər Barqa telekanalında çalışırdılar. Bu telekanal şərqi Liviya üçün federalizmi dəstəkləyir.

Brüsseldə mənzillənmiş Beynəlxalq Jurnalistlər Federasiyası (International Federation of Journalists IFJ) qətllərdən sarsıldığını bildirib.