İŞİD 50 dinc sakini edam edib - Mosulda

isid-50-dinc-sakini-edam-edib
Oxunma sayı: 642

İŞİD terrorçuları İraqın Mosul şəhərində ordunun nəzarətində olan ərazilərə keçməyə cəhd edən 50 dinc sakini edam edib.

 “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər  verir ki, “Shafaq News” portalı məlumat yayıb.

Terrorçular Mosulun mərkəzindəki Ras əl-Cada və Əl-Müşahadə rayonlarının sakinlərini edam ediblər. Cəsədlər əhalini qorxutmaq üçün küçələrdən götürülməyib.