Dünən Almaniyanın Vyutsburq rayonundakı qatarda sərnişinləri baltalayan şəxs videomüraciət yayıb.
“Qafqazinfo” Life.ru-ya istinadən xəbər verir ki, 17 yaşlı əfqan qaçqın Məhəmməd Rayad videoda bildirib ki, İŞİD heç vaxt dayanmayacaq:
“Bu təşkilat Avropa sakinlərinə qarşı gələcəkdə də hücumlar etməkdə davam edəcək”.
Bundan başqa, artıq terror təşkilatı İŞİD hadisəylə bağlı məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, ötən gecə adıçəkilən şəxs qatarda 4 nəfəri baltalayıb, onlardan üçünün vəziyyəti ağırdır.
Son xəbərlər
Son Xəbərlər