İŞİD Belçikanı təhdid etdi- - Ölkəni havaya uçuracağıq...

isid-belcikani-tehdid-etdi-
Oxunma sayı: 1779


"Qafqazinfo" xəbər verir ki, 20 yaşlı Abdellah Nouamane kitabxana, məktəb, xəstəxana, gecə klubu və ticarət mərkəzləri kimi cəmiyyətə açıq yerlərdə terror aktı hazırlığı barədə məlumat yayıb.

Het Laatste Nieuws qəzetinin xəbərinə görə, Nouamane telefon vasitəsilə göndərdiyi səsli mesajında yaxın zamanda Belçikada terror edəcəyini deyib, müsəlmanlara müraciət edib.

O, müraciətində “Siz yatan aslanlar, bütün imansızların öldürülməlidir. Onlar bizi necə öldürürlərsə, onları da elə öldürəcəyik” qeyd edib. 

Bu müraciətdən sonra Belçika gündəmi bu məsələni geniş müzakirə edib.

“Qafqazinfo”