İŞİD bu yay Rusiyada keçiriləcək dünya çempionatını Rusiyanı terror aktları ilə hədələyib.
“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, təhdidin yer aldığı fotolar terror qruplaşmasına yaxınlığı ilə seçilən “Wafa Media Foundation” Telegram sosial şəbəkəsində yayımlanıb.
Fotoda Rusiya prezidenti Vladimir Putinin Suriyada Bəşər Əsədə dəstək verməsi pislənir.
“Putin, sən kafirsən. Müsəlmanların qətlinə görə cavab verəcəksən”.
Xatırladaq ki, İŞİD 2016-cı il Avropa çempionatı zamanı da analoji hücumlar planlaşdırsa da, yüksək təhlükəsizlik tədbirləri ilə buna imkan verilməmişdi.
Son xəbərlər
Son Xəbərlər