İŞİD-dən Dövlət Departamentinə qarşı - Kiber hücum

isid-den-dovlet-departamentine-qarsi-
Oxunma sayı: 891

İŞİD xakerləri ABŞ-ın Dövlət Departamentinə qarşı kiber hücum həyata keçiriblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xakerlər Dövlət Departamentinin əməkdaşlarının adları, telefon nömrələri və digər şəxsi məlumatlarını oğurladıqlarını bəyan ediblər.

Dövlət Departamenti əməkdaşlarının məlumatlarını oğurlamaqla kifayətlənməyən “Birləşmiş Kiber-Xilafətin” iştirakçıları bildiriblər ki, həmin şəxsləri öldürmək üçün axtarırlar.

Departament nümayəndəliyi isə hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Aysel Kərimova