İŞİD-dən İrana növbəti hücum barədə xəbərdarlıq

isid-den-irana-novbeti-hucum-barede-xeberdarliq
Oxunma sayı: 683

İŞİD terror təşkilatı İrana hücum edəcəyi barədə təhdid edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular həmçinin paytaxt Tehranda iyun ayında 18 nəfərin həyatını itirdiyi 2 hücumu İŞİD-in üzərinə götürdüyünü də xatırladıb.

İŞİD ümumilikdə şiə müsəlmanlardan ibarət İranı bölgədəki ən önəmli düşmənlərdən biri kimi görür.

Qeyd edək ki, İranda sonuncu dəfə terror aktı iyunun 7-də baş vermişdi. İŞİD terrorçuları İran parlament binasına və Xomeyni türbəsinə hücum etmişdilər. Hücum nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.