“İŞİD-dən xilas yolunu bilirəm”- - Məşhur müğənni

isid-den-xilas-yolunu-bilirem-
Oxunma sayı: 2284


“Qafqazinfo” Miami New Times-a istinadən xəbər verir ki, ifaçı İraq Şam İslam Dövlətinin (İŞİD) dəli olduğunu vurğulayıb. 

O, İŞİD hərbiçilərinin sağlam olmaları üçün onun mahnılarına qulaq asmaqlarının lazım olduğunu deyib:

“İŞİD-dən xilas yolunu bilirəm. Əgər bir insan baş kəsirsə, deməli o xəstədir. Musiqi duyğuları hərəkətə keçirir. Bu səbəbdən mənim mahnılarımı dinləsələr daha baş kəsməyəcəklər. Sizə daha çox döyüş olmayacağının zəmanətini verirəm. Terrorizm dünyada tamamilə bitəcək”

Qeyd edək ki, Shaggy “Boombastic” və “It Wasn’t Me” mahnıları ilə zirvəyə qalxıb.

Əsl adı Orville Richard Burell olan 46 yaşlı müğənni “Körfəz Savaş”ında iştirak edib.