“Qafqazinfo” ANS PRESS-ə istinadən xəbər verir ki, Diyala polis təşkilatının komandiri general Cəmil əş-Şemri verdiyi açıqlamada bildirib ki, yerli tayfalardan dəstək alan təhlükəsizlik qüvvələri bu gün səhər saatlarında Sed Hamreyn bölgəsində İŞİD yaraqlıları ilə döyüşə girib.
Döyüşdə 25 İŞİD üzvü öldürülüb. Qarşı tərəfin itkiləri isə 5 yaralı olub.
Polis generalı əyalətin tam olaraq İraqın nəzarəti altına alındığını sözlərinə əlavə edib.
Qeyd edək ki, 10 iyunda Mosul şəhərini ələ alan İŞİD 6 min iraqlının ölümünə və bir milyon insanın qaçqın düşməsinə səbəb olub.
Terror təşkilatı paralel olaraq Suriyada da Bəşər Əsəd rejiminə qarşı müharibə aparmaqda davam edir.
Son xəbərlər
Son Xəbərlər