İŞİD-ə qarşı mübarizəyə 11,7 milyard xərclənib

isid-e-qarsi-mubarizeye-117-milyard-xerclenib
Oxunma sayı: 820

ABŞ-ın 2014-cü il avqustun 8-dən bəri İŞİD-ə qarşı mübarizəyə xərclədiyi pulun miqdarı məlum olub.

Qafqazinfo” xəbər verir ki, bu barədə CENTCOM (ABŞ Mərkəzi Qüvvətlər Komandanlığı) məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, ABŞ İraq və Suriyada İŞİD-lə mübarizəyə 11,7 milyard dollar xərcləyib.

Əməliyyatların bir günü 12,7 milyona başa gəlib. Sözügedən məbləğin 40 faizi uçuş xərclərinə, 22 faizi sursata, 38 faizi isə logistik və əməliyyatlara ayrılıb.