İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutuldu

isid-e-qosulmaq-isteyen-azerbaycanlilar-tutuldu
Oxunma sayı: 1856


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, İŞİD-ə qoşulmaq istəyən şəxslər sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayaraq Qaziantepdə görüşdükləri məlum olub. 

Bölgənin jandarma qüvvələri Sazgin məhəlləsində şübhələndiyi mikroavtobusu saxlayandan sonra sözügedən 14 nəfərin İŞİD-ə qoşulmaq istədiyi öyrənilir. 14 nəfərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilib və onun ifadəsi alınandan sonra sərbəst buraxılıb. 

Qalan 13 nəfərin Çeçenistan, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistan vətəndaşı olduğu bildirilib. Onların 2-3 gün içərisində Türkiyədən çıxarılacağı gözlənilir. 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrini Baş Qərargahından verilən açıqlamada İŞİD-ə qoşulmaq istəyən 14 nəfərin yaxalandığı barədə məlumat verilmişdi.