İŞİD-ə soğan torbasında silah apardı - “Dedilər arxamızda Türkiyə var”

isid-e-sogan-torbasinda-silah-apardi
Oxunma sayı: 1990

Keçən il sentyabrda soğan torbalarının altında gizlədilərək Türkiyədən İŞİD-ə göndərilən silahlar barədə yeni təfərrüatlar üzə çıxıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, sursatı daşıyan maşının sürücüsü Yalçın Qaya yükləri daşımağa razı olsa da, əsl məsələdən xəbərsiz olduğunu deyib.

Qaya polisə ifadəsində ona “Material bükəcəyik, bunları Şanlıurfaya aparacaqsan. Materiallar oradan İŞİD-ə gedəcək. Arxamızda Türkiyə Cümhuriyyəti var. Qorxacaq bir şey yoxdur. Bunları şəhidlərimiz üçün göndərəcəyik” –deyildiyini iddia edir.

Aysel Kərimova