İŞİD Əl Babda terror törətdi - 41 ölü

isid-el-babda-terror-toretdi
Oxunma sayı: 1177

Suriyanın Əl Bab şəhərində törədilən terror nəticəsində azı 15 nəfər ölüb, xeyli sayda yaralı var.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, güclü partlayış Əl Babın qərbində baş verib. Terroru İŞİD qruplaşmasının törətdiyi bildirilir.

Lakin partlayışa bomba yerləşdirilmiş avtomobilin, yoxsa terrorçu-kamikadzenin səbəb olduğu dəqiqləşməyib.

Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Əl Bab şəhərinin İŞİD-dən tamamilə azad olunduğunu açıqlamışdı.

***

Reuters agentliyi ölənlərin sayının 41-ə çatdığını açıqlayıb.