İŞİD girov götürdüyü 300 fəhlədən 175-ni edam etdi

isid-girov-goturduyu-300-fehleden-175-ni-edam-etdi
Oxunma sayı: 1983

İŞİD-çilərin Dəməşq yaxınlığındakı “Al Badia Cement” zavodundan girov götürdüyü 300 nəfərin taleyindən xəbər var.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Suriya hərbçilərinin məlumatına görə, əsir götürülənlərin 175 nəfəri edam edilib.

Qeyd edək ki, İŞİD yaraqlıları tez-tez belə kütləvi edamlar həyata keçirirlər. Belə ki, yanvarda Deyr-Əz-Zore şəhərində dinc suriyalılarının 280 nəfəri kütləvi şəkildə edam edilib. İraqın Mosul şəhərində isə edam olunanların sayı 4 min nəfərdən artıqdır.

Aysel Kərimova