İŞİD hərbi akademiyaya hücum edib, 11 hərbçi ölüb - Yenilənib

isid-herbi-akademiyaya-hucum-edib-11-herbci-olub
Oxunma sayı: 2041

Əfqanıstanın paytaxtı Kabildə naməlum şəxslər hərbi akademiyaya hücum edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ərazidə atışma davam edir, partlayış səsləri eşidilir. Təhlükəsizlik qüvvələri təhsil müəssisəsinə aparan yolu bağlayıblar. 

Hücum nəticəsində iki hərbçi ölüb, daha 10-u yaralanıb. Atışma nəticəsində üç terrorçu zərərsizləşdirilib. 

***

İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb. 

***

Ölən hərbçilərin sayı 11-ə çatıb.