“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, İraq ordusu Əl-Hafaciyyə bölgəsini də İŞİD-dən geri alıb.
İraq ordusuna yerli əhalidə dəstək verib. Həmçinin aviasiya qüvvələri də İŞİD-in mövqelərini bombalayıb.
İraq ordusu bu əməliyyatda 3 əsgərini itirib. Daha 12 əsgər isə yaralanıb.
İraq hökümətindən verilən açıqlamada bildirilir ki, yaxın həftələrdə terrorçu qruplaşmanın əlində olan Səlahaddin, Diyalə, Kərkük, Mosul başda olmaqla ərazilərin geri alınması üçün hərbi əməliyyatlara başlanılacaq.
Son xəbərlər
Son Xəbərlər