İŞİD-in daha bir lideri öldürüldü - Rusiya vətəndaşı ola bilər

isid-in-daha-bir-lideri-olduruldu
Oxunma sayı: 738

İraq hərbçiləri Mosul şəhərində İŞİD terror təşkilatının rəhbərlərindən biri olan Əbu Muhacir ər-Rusini zərərsizləşdirib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, terrorçunun Rusiya vətəndaşı olduğu ehtimal edilir. 

İraq Federal Polisi rəhbərinin baş müşaviri Əbdürrəhman əl-Abidinin sözlərinə görə, ər-Rusi ilə birlikdə onun 6 köməkçisi məhv edilib.