ABŞ Hərbi Hava Qüvvələri Mosulda İŞİD-in fransız vətəndaşı olan komandiri Rəşid Kasimin gizləndiyi yerə hava zərbələri endirib.
“Qafqazinfo” “Frans Press”ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi mayor Eydrien Renkin-Qellouey məlumat verib.
“Hazırda biz hava zərbələrinin nəticələrini analiz edirik”,-deyə məlumatda qeyd edilib.
Agentliyinin məlumatına görə, Kasim böyük ehtimalla hücum nəticəsində öldürülüb.
Qeyd edək ki, Rəşid Kasim Fransada baş erən bir çox terror hadisələrində günahkar bilinir.
Son xəbərlər
Son Xəbərlər