Suriyanın Homs əyalətində İŞİD terror qruplaşmasının silahlılarının hücumu zamanı xeyli sayda insan həlak olub.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, Suriyanın Radio və Televiziya Baş İdarəsi 53 insanın öldürüldüyü barədə məlumat verib.
“İŞİD terrorçularının Homs vilayətinin Əl-Suxna şəhərinin cənub-şərqində həyata keçirdikləri hücumda 50-dən çox vətəndaş həlak olub”, - deyə məlumatda bildirilib.
Son xəbərlər
Son Xəbərlər