İŞİD-in İraqdakı lideri öldürüldü

İŞİD-in İraqdakı lideri öldürüldü
Oxunma sayı: 1015

İŞİD terror qruplaşmasının İraqdakı lideri Muataz əl-Caburi öldürülüb.

“Qafqazinfo” “İNA” agentliyinə istinadən xəbər verir ki, Caburi antiterror əməliyyatları zamanı zərərsizləşdirilib. Onun Suriyanın Deyrizor kəndində koalisiya qüvvələrinə aid hərbi təyyarələrdən açılan atəş nəticəsində öldürüldüyü bildirilib.

Xatırladaq ki, İraq mərkəzi hökuməti İŞİD lideri Əbubəkir Bağdadinin xələfi Əbdülnasir Kardaşın mayın 20-də ələ keçirildiyini elan etmişdi.

Bağdadi 2019-cu ilin oktyabrında ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində İdlib şəhərində öldürülüb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi