İŞİD-in liderlərindən biri öldürüldü

isid-in-liderlerinden-biri-olduruldu
Oxunma sayı: 939

İraqın Mosul şəhərində ABŞ-ın xüsusi təyinatlıları “İslam dövləti” terror təşkilatının liderlərindən birini-Süleyman Şəbib əl-Cəburini məhv ediblər.

“Qafqazinfo” rus mediasına istinadən xəbər verir ki, basqın zamanı İŞİD liderinin daha iki köməkçisi öldürülüb.

Qeyd edək ki, bu, ABŞ-ın həyata keçirdiyi ilk basqın deyil. Belə ki, mart ayında həlak olan İŞİD liderlərindən biri Əbu Umar aş-Şişaninin ABŞ-ın aviazərbəsi nəticəsində aldığı yaradan öldüyü deyilirdi.

Aysel Kərimova