İŞİD-in Misirdəki lideri öldürülüb

isid-in-misirdeki-lideri-oldurulub
Oxunma sayı: 698

Misir ordusunun keçirdiyi əməliyyatlar nəticəsində İŞİD-in yerli liderlərindən biri məhv edilib. 

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə "Al Yaum as-Sabia" portalı məlumat yayıb.

Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində “Sinay əyaləti” ekstremist qruplaşmasının liderlərindən biri  Əbu əl-Ənsari  öldürülüb.

Yerli mətbuatın məlumatına görə, Əbu əl-Ənsari  İŞİD-ə sədaqət andı içən və əvvəllər “Ənsər Beyt əl-Makdis” adı ilə tanınan “Sinay əyaləti” qruplaşmasının yaradıcılarından biri olub.