“İŞİD-in Mosulda sayılı günləri qalıb” - Kubiş

isid-in-mosulda-sayili-gunleri-qalib
Oxunma sayı: 1053

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı sona yaxınlaşır.  

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubiş bildirib.

Onun sözlərinə görə, şəhərin mərkəz və qərbində əməliyyatlar çətin keçəcək.

“Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatı sona yaxınlaşır. İŞİD-in Mosulda sayılı günləri qalıb”,-deyə vurğulayıb. 

“Əməliyyatın ən narahat edici tərəfi mülki insanlar arasında itkilər çox olmasıdır”,-deyə Kubiş bildirib.

Xatırladaq ki, Mosul əməliyyatı oktyabrın 17-dən başlayıb.