İŞİD-in mövqelərinə 25 aviazərbə endirildi

isid-in-movqelerine-25-aviazerbe-endirildi
Oxunma sayı: 1376

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraqda İŞİD terror qruplaşmasının hədəflərinə 25 aviazərbə endirib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, İŞİD-ə daha bir zərbə isə Suriyada endirilib.

Rakka və Suriya yaxınlığında hava zərbəsi nəticəsində İŞİD-in iki qazma qurğusu məhv edilib.

İŞİD-in Mosul da daxil olmaqla doqquz şəhərdəki mövqelərinə aviazərbə endirilib. Nəticədə taktiki bölmələr, avadanlıqlar və rabitə mərkəzləri darmadağın edilib.