İŞİD-in mövqelərinə 36 aviazərbə endirildi

isid-in-movqelerine-36-aviazerbe-endirildi
Oxunma sayı: 676

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası İraq-Şam İslam Dövlətinin (İŞİD) Suriya və İraqdakl mövqelərinə 36 avizərbə endirib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, koalisiyanın döyüş təyyarələri Suriyada döyüşçülərin mövqelərinə 6 zərbə endirib ki, bunun 5-i Mara şəhərinin yaxınlığına düşüb. Terrorçuların 5 taktiki bölməsi, döyüş mövqeləri və buldozerləri məhv edilib.

İŞİD-in İraqda nəzarət altında saxladığı 6 şəhərə isə 30 avizərbə endirilib. Bunlardan 21-i Mosul şəhərinə düşüb. Neft qurğuları və gəmilər darmadağın edilib.