İŞİD terror təşkilatının neft satışında olan gəlirləri iki dəfə azalıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin İŞİD təhlükəsinə həsr olunmuş hesabatında bildirilib.
Məlumata görə, İŞİD-in qanunsuz neft satışında əldə etdiyi gəlir 260 milyon dollar olub. 2015-ci ildə isə bu rəqəm 500 milyon civarında idi.
BMT qeyd edir ki, terrorçular itkilərin yerini qeyri-qanuni siqaret satışına qoyulan qadağa, insan alveri, qədim abidələrin talan edilməsi, xarici ianələr, elektrik enerjisi və kənd təsərrüfatı məhsullarının satışından vəsait əldə edirlər.
Son xəbərlər
Son Xəbərlər