İraq Hava Qüvvələri İŞİD terror təşkilatının Kərkükün Havicə qəsəbəsindəki mövqelərində əməliyyat keçirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı 10 terrorçu öldürülüb.
Həmçinin, müxtəlif partlayıcılar və silahların hazırlandığı anbar da məhv edilib.
Qeyd edək ki, Havicə qəsəbəsi və ətrafındakı Riyaz, Rəşad, Abbasi və Zap qəsəbələri 2014-cü ildən İŞİD işğalındadır.
Son xəbərlər
Son Xəbərlər