İŞİD-in silah anbarı partlayıb - 20 ölü

isid-in-silah-anbari-partlayib
Oxunma sayı: 902

Suriyanın Deyr əz-Zor şəhərində İŞİD-ə məxsus silah anbarı partlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən hadisə nəticəsində azı 20 nəfər ölüb.

Partlayışın gücündən 15 yaşayış evi dağılıb, bir neçə avtomobil isə yanıb.