İŞİD İraqda kimyəvi silahdan istifadə edib

isid-iraqda-kimyevi-silahdan-istifade-edib
Oxunma sayı: 759

İŞİD terrorçuları İraqın Mosul şəhərinin qərbində azad olunmuş rayonlarında kimyəvi silahdan istifadə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” İraq ordusundakı anonim mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İŞİD yaraqlıları tərkibində xlor olan raket atıblar. Hücum nəticəsində yeddi hərbçi xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi üçün 2016-ci ilin oktyabrından əməliyyatlara start verilib.