İŞİD kimyəvi silahdan istifadə edir

isid-kimyevi-silahdan-istifade-edir
Oxunma sayı: 732

İŞİD terror təşkilatı İraqın Mosul şəhərində gedən döyüşlərdə hökumət qüvvələrinə qarşı kimyəvi silahdan istifadə edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə kürdlərin RUDAW telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, bazar ertəsi terrorçular Bab at-Tub ətrafındakı döyüşlər zamanı İraq ordusuna qarşı kimyəvi silahdan istifadə edib.

Xatırladaq ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı aralarında uşaq və qadınların da olduğu 12 nəfərin kimyəvi silahın təsirindən müalicə olunduğunu bildirib.