İŞİD lideri öldürülüb

isid-lideri-oldurulub
Oxunma sayı: 2370

İŞİD Suriyada qruplaşmanın lideri Abu al-Hüseyn al-Hüseyni al-Qurayşinin Suriyada öldürülüb.

“Qafqazinfo” “The Associated Press”ə istinadən xəbər verir ki, bu barədə məlumatı qruplaşma özü açıqlayıb.

İŞİD liderinin məhz nə zaman öldüyü açılanmasa da, onun Suriyanın şimal-qərbində “Əl-Qaidə” ilə əlaqəli qruplaşma ilə silahlı qarşıdurma zamanı zərərsizləşdirildiyi bildirilir. 

Qeyd edək ki, al-Qurayşi qruplaşmanın yaradılmasından bu yana İŞİD-ə rəhbərlik edən 4-cü şəxs olub. İŞİD-in keçmiş lideri Abu al-Hasan al-Qurayşi 2022-ci ilin payızında zərərsizləşdirildikdə o qruplaşmaya rəhbərlik etməyə başlayıb.