İŞİD liderindən biri öldürüldü

isid-liderinden-biri-olduruldu
Oxunma sayı: 1161


“Qafqazinfo” AzadlıqRadiosuna istinadən xəbər verir ki, o, ölkənin şərqində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin keçirdiyi hava əməliyyatı zamanı ölüb.

Nazirliyin sözçüsü Tahsin İbrahimin mayın 13-də verdiyi məlumata görə, Tal-Afar şəhərindəki məscid vurularkən, yaraqlıların ikinci lideri Abdul Rahman Mustafa Mohammed də orda olub. O, həm də Abu Alaa al-Afri kimi tanınır.

İbrahimin sözlərinə görə, Abdul Rahman Mustafa Mohammed həmin vaxt məsciddə yaraqlılarla görüş keçirirmiş.

Əməliyyatda eyni zamanda onlarla yaraqlının öldüyü də bildirilir.

ABŞ rəsmiləri hələlik məlumata münasibət bildirməyib.