İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Bağdadi öz çıxışında təşkilatın son hərbi döyüşlərdəki məğlubiyyətini etiraf edib və tərəfdarlarını dağlıq rayonlarında gizlənməyə səsləyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bağdadi vida çıxışı adlandırdığı həmin etiraflarını tərəfdarları arasında yayıb və qruplaşmada nələrin baş verdiyini izah edib.
Çıxışda, eyni zamanda terrorçulara çağırış da yer alıb. Bağdadi onları İraq və Suriyanın dağlıq, ucqar rayonlarına getməyə səsləyib.
Son xəbərlər
Son Xəbərlər