İŞİD liderinin eks-arvadı - “Onu sevmirdim, buna görə də ayrıldım”

isid-liderinin-eks-arvadi
Oxunma sayı: 4135

İraq-Şam İslam Dövlətinin (İŞİD) lideri Əbu Bəkir əl-Bağdadinin keçmiş arvadı Saca əd-Duleymi “İndependent”ə həyatı haqqında maraqlı etiraflar edib.

“Qafqazinfo”nun məlumatına görə, liderin eks-həyat yoldaşı bildirib ki, Bağdadinin terror təşkilatına necə, nə zaman başçılıq etməsindən xəbərsiz olub:

“Mən normal ailə başçısına ərə getmişdim - universitet professoruna...O, işə gedib evə, ailəsinin yanına gəlirdi. O, heç bir “müqavimət hərəkatı”nda iştirak etməyib. Onun dünyanın ən təhlükəli ekstremist təşkilatına başçılıq etməsi mənim üçün hələ də müəmmalıdır.

Onunla normal dildə belə danışmaq olmurdu... Onu sevmirdim, xoşbəxt deyildim, buna görə də ondan ayrıldım. Həm də bu münasibət onun birinci arvadına qarşı haqsızlıq idi. O, çox narahat olurdu”, - deyə 28 yaşlı qadın söyləyib.

Qeyd edək ki, Saca ilə Bağdadi 2009-cu ildə nikaha girib və bu evlilik 3 ay davam edib. Saca Bağdadinin ən məşhur arvadlarından biri olub. Cihad aləmində böyük nüfuza malik olan qadına “Xəlifess” ləqəbi verilib. Saca üzünə heç vaxt hicab geyinməyərək dünyanın müxtəlif ölkələrindən olan qadınları İŞİD-ə qoşulmağa çağırırdı.