İŞİD məsciddəki partlayışı öz üzərinə götürdü

isid-mesciddeki-partlayisi-oz-uzerine-goturdu
Oxunma sayı: 1662

İŞİD terror təşkilatı Əfqanıstanın Qəndahar şəhərində yerləşən şiə məscidində baş verən partlayışı öz üzərinə götürüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə terror təşkilatının sosial media kanallarında məlumat yayılıb.

Məlumata görə, terror aktında iki canlı bomba iştirak edib. Partlayış nəticəsində 62 nəfər həlak olub.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın Qunduz şəhərindəki məscidə təşkil olunan bombalı hücumu da İŞİD öz üzərinə götürmüşdü. Sözügedən terror aktında 100 nəfər ölmüşdü.