“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, məlumatı TASS yayıb.
Şahidlərin sözlərinə görə, hava limanına ciddi ziyan dəyib. Mosul aeroportu əhəmiyyətinə görə İraqın üçüncü hava limanıdır. Hava limanı bir neçə il əvvəl yenidən qurulub və beynəlxalq standartlara uyğunlaşdırılıb.
Mosuldan gələn məlumatlara görə, İŞİD üzvləri Diclə çayı üzərindəki körpünü tələsik minalayırlar. Terrorçular şəhərə hücum zamanı körpünü partlatmağı planlaşdırırlar.
Paytaxt Bağdadın 400 kilometr şimal-qərbindəki Mosul ötən ilin yayından İŞİD-in nəzarətindədir.
Son xəbərlər
Son Xəbərlər